Sentyabrın 2-də Baham adalarını vuran “Dorian” qasırğasından bir ay sonra yerli məmurlar hələ də 600 nəfəri itkin düşmüş hesab edirlər.
Teleqraf.com xəbər verir ki, rəsmi məlumata əsasən, qasırğa nəticəsində həlak olanların sayı 56 nəfərə çatıb. Baham adaları hökumətinin sədri Hubert Minnis son həftələrdə itkin düşənlərin sayının xeyli azaldığını, ölənlərin sayının isə artığını deyib. Hökumət tərəfindən açıqlanan ilkin məlumatlarda 1300-ə yaxın insanın itkin düşmüş hesab olunduğu bildirilirdi.
Hakimiyyət orqanları yaxın həftələr ərzində qasırğa qurbanlarının sayının bir qədər də artacağını ehtimal edir.