14 Oktyabr 2019 13:02
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və kürdlər Suriyadakı həbsxanalarda saxlanılan İŞİD terrorçularının qaçmasına icazə verməməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp ən təhlükəli terrorçuların Suriyadakı həbsxanalarda saxlanıldığını iddia edib:

“ABŞ ən pis İŞİD məhbuslarını saxlayır. Türkiyə və kürdlər onları buraxmamalıdır. Avropa onları geri almalı idi, indi də bunu etməlidir. Onlar heç vaxt ABŞ-a gəlməyəcəklər və onların bura gəlməsinə icazə verməyəcəyik”.

Bundan əvvəl “Nyu-York Tayms” qəzeti Türkiyə ordusunun Suriyaya girməsindən əvvəl 50 İŞİD terrorçusunun həbsxanadan qaçdığını yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu