17 Sentyabr 2014 08:35
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti Krım Muxtar Respublikasının anneksiyasını pislədiyini bəyan edib və buna əsaslanaraq, Krımda və Sevastopolda beynəlxalq hüququn və Ukrayna qanunvericiliyinin kobud pozulması ilə keçirilmiş “seçkiləri” pisləyir.

“Gürcüstan bir daha Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyünü güclü dəstəklədiyini ifadə edir”.

Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, 14 sentyabr 2014-cü il tarixində Krımda parlament seçkiləri keçirilib. Rəsmi Kiyev bu seçkiləri qeyri-legitim adlandırıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər