22 Oktyabr 2019 15:10
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökuməti Suriyadan geri çəkilən ABŞ hərbi qüvvələrinin İraqda qalmasına icazə vermədiyi, amerikalı hərbçilərin bu ölkədən sadəcə keçid məntəqəsi kimi istifadə etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriyadan çəkilən Amerika qüvvələri Şimali İraq Kürd Muxtariyyətinin ərazilərinə girmək üçün icazə alsa da, həmin qüvvələrin İraq ərazilərində qalmasına icazə verilməyib.

İraq tərəfindən verilən açıqlama ABŞ Müdafiə Nazirliyinin bəyanatı ilə üst-üstə düşmür.

Pentaqon Suriyadan çıxarılan 1000-ə yaxın hərbçinin İraqın qərbində saxlanılacağı və İŞİD-lə mübarizədə istifadə olunacağını aşıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu