2 Noyabr 2019 11:35
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərimiz var”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Ev rəhbəri Ərdoğanın noyabrın 13-də ABŞ-a səfər edəcəyi ilə bağlı suala belə cavab verib:

“Prezident Ərdoğanla yaxşı münasibətlərimiz var. Tərəflər arasında əldə edilmiş anlaşma normal qaydada yerinə yetirildi”.

Tramp Suriyadakı ABŞ hərbçilərinin evə qayıtmaq istədiyini də diqqətə çatdırıb:

“Hərbçilərimiz evə qayıtmaq istəyirlər. Türkiyə-Suriya sərhədlərinə başqaları nəzarət etsin. Biz nefti təhlükəsizlik çətiri altına aldıq, nefti sevirəm. Kürdlərlə işləyirik, bir çox ölkə ilə də işləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər