2 Noyabr 2019 23:34
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın şərqindəki Drezden şəhərində “nasist fövqəladə vəziyyəti” elan edilib.

Saksoniya federal əyalətinin paytaxtı olan bu şəhər ifrat sağ qüvvələrin mərkəzi və islam əleyhinə “Pegida” hərəkatının yarandığı yer kimi tanınır. 2025-ci ildə Avropanın Mədəniyyət Paytaxtı elan olunmuş Drezdenin şəhər Şurası qərara gəlib ki, neonasistlərin qarşısını almaq üçün tədbirlər görülməlidir. Yerli konsul Maks Açenbax BBC-yə deyib ki, təbii fəlakət kimi, nasizm də qarşısının alınması lazım olan bir bəladır. Onun sözlərinə görə, şəhərdə demokratik cəmiyyət ciddi təhlükə ilə üz-üzədir.

Şəhər şurasının üzvləri siyasətçiləri ifrat sağ təmayüllü ekstremistlərlə mübarizədə ciddi səy göstərməməkdə ittiham edirlər. Burada qəbul edilmiş qətnamədə bildirilir ki, şəhər əhalisi bu qüvvələrin təzyiqinə və zorakılığına məruz qalan insanlara kömək etməli, etnik azlıqları və miqrantları qorumalıdır.


Müəllif: Teleqraf.com