3 Noyabr 2019 01:55
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Yeni Dehlidə səfəri zamanı Hindistan və Almaniya arasında sərbəst ticarət müqaviləsi mövzusunda danışıqları bərpa etmək lazım olduğunu söyləyib.

Trend-in məlumatına görə, Almaniya ilə Hindistan arasında sərbəst ticarət zonasının yaradılması ilə bağlı danışıqlar 2013-cü ildə dayandırıldı. Bunun səbəbi iki ölkə arasında kənd təsərrüfatı ətrafında fikir ayrılıqları olmuşdur. Şənbə günü Merkel, Avropa Komissiyasının tərkibindəki dəyişikliyi nəzərə alaraq, bənzər bir saziş bağlamaq üçün yeni bir cəhd göstərməyin lazım olduğunu ifadə edib. O, Hindistanın baş naziri Narendra Modi ilə bu mövzunu ətraflı müzakirə etdiyini qeyd etdi.

Kansler, Alman şirkətlərindən Hindistan iqtisadiyyatına, xüsusilə ölkənin infrastrukturuna investisiya qoymaq üçün yaxşı perspektivlər gördüyünü vurğuladı və Hindistandan gələn tələbələrin Almaniyada ixtisaslı işçi çatışmazlığını ödəyə biləcəyini qeyd etdi.


Müəllif: Teleqraf.com