“ABŞ Prezidenti Donald Trampın üç müşaviri may ayında Oval ofisdə onunla görüşüb. Görüşdə Ukraynanın yeni liderinin ABŞ dəstəyinə layiq bir müttəfiq olduğuna Trampı inandırmağa çalışıblar”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Məlumatda qeyd edilib ki, Trampın kəskin xəbərdarlığından sonra müşavirlər Oval ofisdə baş tutan görüş barədə mediaya açıqlama verməkdən çəkinib.
Trampa görə, Ukraynanın bütün rəhbərliyi 2016-cı ildə onun prezidentlik kampaniyasını pozmaq üçün Demokratlarla gizli sui-qəsd içində olub.
Amerika prezidentinin görüşdə Ukrayna rəhbərliyini xəyanətdə ittiham etdiyi bildirilib.
İddiaya görə, energetika naziri Rik Perri prezidentə Ukraynanın yeni prezidentinin tamamilə fərqli olduğuna inandırdı və hətta andiçmə mərasimində Ronald Reyqandan sitat gətirdiyini deyib.
Trampın isə nazirə cavabı belə olub: “Onlar dəhşətli dərəcədə korrupsioner insanlardır”.