Türkiyə kəşfiyyatı İŞİD lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı yaxalayıb.
Teleqraf.com "Associated Press"ə istinadla xəbər verir ki, Bağdadinin bacısı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Suriyanın şimalında Azez bölgəsinin yaxınlığında konteynerdə qayınanası və 5 övladı ilə birgə saxlanılıb.
Yüksək vəzifəli türk rəsmisi bu hadisəni kəşfiyyat baxımından "qızıl mədəni" kimi xarakterizə edib.
Rasmiya Avadın 65 yaşında olduğu bildirilir.