6 Noyabr 2019 09:23
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Ceyn Fonda hər cümə günü ABŞ Konqresinin binası qarşısında keçirilən ekoloji aksiyalarda iştirak edir. Hər dəfə hüquq-mühafizə orqanları tərəfindən buna görə tutulsa da, aktrisa kampaniyanı davam etdirmək niyyətindədir və o, dekabrın 21-də 82 yaşını dəmir barmaqlıqlar arxasında qarşılayacağını istisna etmir.

Teleqraf.com xəbər verir ki, “Nyu-York Tayms” aktrisanın sentyabr ayında kampaniyaya başlamasından bu yana hər cümə günü polis tərəfindən saxlanıldığını bildirib.

Ötən cümə günü o, senatorların ofislərinin yerləşdiyi binanın (Kapitol Hart) foyesində saxlanılan bir neçə eko fəalın arasında idi. Onu müşayiət edən aktrisalar Ketrin Kiner və Rozanna Arket cərimələrini ödədikdən sonra sərbəst buraxılıb. Fonda isə gecəni həbsxanada keçirib və ertəsi gün o, saxlanılma müddətinin uzadılması barədə xəbər alıb.

“Ulduzların etirazlarda iştirakı diqqət cəlb edir” yazan “Nyu-York Tayms” Ceyn Fondanın elektriklə işləyən avtomobil sürdüyünü bildirib.

Habelə plastik əşyalardan istifadə etmir və mümkün qədər az yemək istifadə edir. Ətdən imtina edən aktrisa şəxsi təyyarələrdən istifadə edən digər ulduzlardan fərqli olaraq, yalnız müntəzəm olaraq sərnişin təyyarələrindən istifadə edir.

Dediyinə görə, daha yaxşı işlər görə biləcəyinə inandığı üçün etirazlarda iştirak edir: “Şöhrətinizi vacib bir məqsədə çatmaq üçün bir qol olaraq istifadə edə bilmirsinizsə niyə ulduz olmalısınız?”

Ceyn Fonda “Klute” (1972) və “Coming Home” (1979) filmlərinə görə ikiqat “Oskar” mükafatçısıdır. Yeddi “Qızıl Qlobus” mükafatına, iki “BAFTA”, bir dəfə isə “Emmi” mükafatına layiq görülüb. Xeyriyyəçilik işlərində fəal iştirak edir və qadın haqlarının müdafiəçisidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər