Son vaxtlar boşanacaqları ilə gündəmdə olan Beren Saat və Kənan Doğulu barışıb.
Teleqraf.com xəbər verir ki, cütlük aylar sonra ilk dəfə yaşadıqları mənzilin yaxınlığında səmimi şəkildə görüntüləniblər.
Bir-birinə xəyanət etdiyi iddia edilən ikili səhər saatlarında restorandan birlikdə çıxıblar.
Bir müddət əvvəl ayrı-ayrı evlərdə yaşayan ikili birlikdə yaşamağa başlayıblar.
Qeyd edək ki, 2014-cü ildə evlənən cütlüyün boşanacaqları haqda mətbuatda tez-tez xəbərlər yayılır.