Fransa Prezidenti Emmanuel Makron NATO-nun “beyin ölümü” vəziyyətində olduğu qənaətindədir.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “The Economist” qəzetinə müsahibəsində bəyan edib.
Fransa lideri “İndi yaşadığımız hal NATO-nun beyninin ölümüdür”, deyib.
Onun fikrincə, avropalılar uçurumun kənarındadır və artıq ABŞ-ın hərbi müdafiəsinə arxalana bilmirlər.
Makronun qeyd etdiyi kimi, Avropa müstəqil bir geosiyasi güc kimi düşünməyə başlamalıdır, əks təqdirdə öz taleyinə nəzarət edə bilməyəcək.
Oktyabr ayında Makron Suriyadakı hadisələrin NATO-nun fəaliyyətini şübhə altına aldığını söyləmişdi. Fransa rəhbəri 2018-ci ildə ümumavropa ordusunun yaradılması təşəbbüsü ilə çıxış etmişdi.