Suriyanın Tel Abyad şəhərində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə Demokratik Birlik Partiyası (PYD) qüvvələri arasındakı qarşıdurma səngimir.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bütün gecə davam edən döyüşlər nəticəsində Tellelhan kəndi İŞİD-in nəzarətinə keçib. Terrorçuların Kobani əyaləti istiqamətində getdiyi və döyüşlərin hələ də davam etdiyi bildirilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.