Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının üzvü, hakim Ədalət İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən deputatı Əhməd Berat Çonkar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-a planlaşdırılan səfəri barədə sensasion fakt açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, Ərdoğanın nohyabrın 13-də ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşündə Suriyadakı son proseslərlə yanaşı PKK/YPG terror təşkilatının lideri Məzlum Kobani kod adlı Fərhad Abdi Şahin və Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, F-35 proqramı və iqtisadi məsələlərin müzakirə masasında olacağını deyib.
"Bu görüşdə PKK/YPG-nin lideri istənəcək. Prezidentimiz Kobaninin işlədiyi cinayətləri sənədlərlə Trampın qarşısına qoyacaq", - deyə Əhməd Berat Çonkar bildirib.