İran prezidenti Həsən Ruhani ölkənin cənub-qərbində nəhəng neft yatağının tapıldığını elan edib.
Teleqraf.com xəbər verir ki, neft ehtiyatları təxminən 53 milyard barel təşkil edir.
Yezd şəhərində təşkil olunan tədbirdə çıxışı zamanı Ruhani aşkar edilmiş yatağın İranın cənub-qərbindəki Xuzistan əyalətində olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ-ın sanksiyalarına rəğmən iranlı işçilər səylə çalışaraq yeni neft yatağı aşkar edib.