13 Noyabr 2019 14:06
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqtonda Türkiyəyə antipatiya olmasına baxmayaraq, Tramp-Ərdoğan münasibətləri yüksək səviyyədədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzetində dərc olunan məqalədə bildirilib.

“Ərdoğan Trampla yeni bir dönəm axtarışındadır” başlıqlı məqalədə bu gün ABŞ və Türkiyə prezidentləri arasında keçiriləcək görüşə toxunulub.

Analitik materialda son dönəmlərdə Türkiyə-ABŞ münasibətlərində gərginliyin baş verdiyi bildirilib:

“Vaşinqtonda Türkiyəyə antipatiya olmasına baxmayaraq, Tramp və Ərdoğan birgə siyasi həmlələrlə güclü bir şəxsi münasibət qurub. Ərdoğan Trampın tez-tez təriflədiyi liderdir”.

Məqalədə ABŞ Dövlət Departametinin adı açıqlanmayan bir rəsmisinin fikirlərinə də yer verilib:

“ABŞ hələ də Türkiyənin “S-400”-lərdən istifadə etməməsinin yollarını axtarır, Ankaranı yola gətirməyə səy göstərir. Türkiyə lap əvvəldən bu sistemləri almamalı idi. Türkiyəni geri çəkməyə məcbur etmək üçün çox çalışmalıyıq”.

ABŞ və Türkiyə prezidentləri arasında görüş bu gün Vaşinqtonda keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər