17 Noyabr 2019 11:32
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda parlament seçkiləri keçirilir.

Teleqraf.com xəbər verir ki, 110 mandat uğrunda 513 nəfər mübarizə aparır.

Səsvermə yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində başlayıb.

Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə minə yaxın beynəlxalq müşahidəçi iştirak edir. Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də var.


Müəllif: Teleqraf.com