18 Noyabr 2019 01:36
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, zərbə zamanı 9 dinc sakin həlak olub, azı 10 nəfər xəsarət alıb.

Rusiya ordusu Serakib şəhərinə, həmçinin Ureynibe, Fattire, Bsakla və Mellace yaşayış məntəqələrinə hava zərbələri endirib. Serakibdə zərbələr zamanı 4 dinc sakin həlak olub.

Qeyd edilir ki, oktyabrda Suriyanın şimal-qərbində 75 dinc sakin Rusiya Hərbi Hava Qüvvələrinin zərbələrinin qurbanı olub, onlardan 13-ü uşaqlardır.

Arasıkəsilməz atəşlər və hava zərbələri səbəbindən noyabrın əvvəlindən İdlibi 40 min dinc sakin tərk edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər