18 Sentyabr 2014 22:25
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə vacib mesaj göndərib.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu sözləri Obama Vaşinqtonda ukraynalı həmkarı Petro Poroşenko ilə görüşü zamanı səsləndirib:

“Poroşenkonun Ağ Evdə olması Putinə min sözdən daha təsirli verdiyimiz bir mesajdır".

Digər tərəfdən Obama Ukrayna Parlamentinin Avropa İttifaqı ilə Tərəfdaşlıq Müqaviləsini təsdiq olunmasında Poroşenkonu təbrik edib. Xatırladaq ki, Poroşenko Kanadadakı rəsmi görüşlərinin ardından bu gün ABŞ-a gedib. Səfər çərçivəsində Ukrayna prezidenti Obama, vitse-prezident Co Baydenin, dövlət katibi Con Kerri görüşlər keçirəcək.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: