ABŞ-ın hərbi təyyarədaşıyan USS Abraham Lincoln gəmisi Bəsrə körfəzinə doğru hərəkət edib.
Teleqraf.com “Röyter” agentliyinə istinadən bildirir ki, onunla yanaşı HMS Defender, USS Farragut və USS Leyte Gulf gəmiləri də ilk dəfə Bəsrə körfəzinə açılıb.
Xatırladaq ki, Pentaqon may ayında USS Abraham Lincoln gəmisini Oman körfəzinə yollayıb və bu zaman dünya yeni bir böhranın yaranmasından ehtiyat edib.
Təyyarədaşıyan gəmilərin Tehran-Vaşinqton münasibətlərinin pisləşməsi və İranda güclü etiraz aksiyaları ərəfəsində hərəkətə gəlməsi narahatlığı daha da artırır.