22 Noyabr 2019 14:00
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo İrandakı etirazçılara müraciət edərək Dövlət Departamentinə foto və videolar göndərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə Tvitter hesabında yazıb.

Mayk Pompeo iranlı etirazçılardan hakimiyyətin zorakılıq siyasətini dünyaya çatdırmağı xahiş edib:

“İranlı etirazçılardan xahiş etdim ki, rejimin etirazların qarşısını almaq üçün sərt tədbirlərini əks etdirən video, foto və digər məlumatları bizə göndərsin”.

Onun sözlərinə görə, ABŞ bu məlumatları yayaraq pozuntulara görə İran hakimiyyətinə sanksiyalar tətbiq edəcək.

Noyabrın 15-dən İranda benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu