Rusiya məhkəməsi PKK/YPG terror təşkilatının əlavəsi olan, özünü “Kürd qadın haqlarının müdafiəsi təşkilatı” kimi təqdim edilən “Beritan” təşkilatını siyasi fəaliyyət göstərdiyi səbəbindən qapadıb.
Teleqraf.com xəbər verir ki, belə bir qərarı Rusiyanın Adigey muxtar respublikasının məhkəməsi qəbul edib.
Qərarda göstərilir ki, təşkilat siyasi fəaliyyət göstərməsi səbəbindən qapadılır. Belə fəaliyyət Beritan təşkilatının özünün nizamnaməsinə və Rusiya qanunlarına ziddir.
Kürd qadınlarının hüquqlarının qoruyan bu qurumun təmsilçilərinin İraqdakı Kürdüstan Demokrat Partiyasının tədbirlərində aktiv iştiak və Türkiyəyə qarşı siyasi açıqlamalarla çıxış etməsi ilə tanınır.
Təşkilat 2015-ci ildə qurulub.