İraqda 8 televiziya, 5 radio qapadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq Milli Əlaqə və Media Komissiyası qərar qəbul edib.
Qərara səbəb TV və radioların peşə fəaliyyəti şərtlərinə əməl etməməsini göstərib.
Bununla da Səudiyyə Ərəbistanlı mərkəzli Əl-Hades, Livan mərkəzli ANB, İraq Kürd Muxtariyyətində yayımlanan NRT televiziyası, Dicle, Əş-Şarkiyyə, Əl-Fallucə, Ər-Rəşid və “Burası Bağdad” televiziya kanallarının ofislərinin 3 ay müddətinə qapadılması nəzərdə tutulur.
Komissiya eyni zamanda ABŞ mərkəzli “Əl-Hurra İraq” və “Sava” radioları, həmçinin yerli “Radio ən-Nas”, “Bugün” və “Nava” radiolarının ofislərinin də bağlayıb.