Türkiyə Rusiyadan satın aldığı S-400 komplekslərinin ilk dəfə sınağını həyata keçirir.
Teleqraf.com xəbər verir ki, Ankara Valiliyi iki gün ərzində Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının təlim keçəcəyi barədə xəbər yayaraq ictimaiyyəti məlumatlandırıb.
Rəsmi açıqlamada F-16 təyyarələri və digər hava nəqliyyat vasitələrinin sınaq uçuşu həyata keçirəcəyi qeyd edilib.
Müdafiə sənayesi sahəsindəki mənbə “Haber7”yə bildirib ki, sınaq uçuşu S-400 sistemləri ilə bağlıdır. Belə ki, Rusiyadan alınan S-400 zenit-raket kompekslərinin test uçuşu olacaq.
Təhlükəsizlik sahəsi üzrə ekspertlər bildiriblər ki, Ankarada hava müdafiəsinə yönəlik sınaq mərhələsində olan yeganə sistem S-400 kompleksləridir.
Məlumatlara görə, F-16 qırıcıları S-400 sistemlərinin üzərində və çevrəsində uçuş həyata keçirəcək və bununla da radar sistemlərinin sınağı aparılacaq.