19 Sentyabr 2014 12:40
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilltərə, Uels və Şimali İrlandiya öz qərarlarında sərbəst olmalıdır.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu İngiltərənin baş naziri David Kameron referendumun nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, şotlandlar fikirlərini ifadə ediblər və nəticə aydındır.

"Biz Şotland parlamentində Millətçilər Partiyasının çoxluğuna hörmət edərək şotland xalqına fikrini ifadə etməyə imkanı yaratmaqla düz elədik. Biz xalqın istəyini eşitdik. Onlar dörd millətdən ibarət olan bizim dövləti milyonlarla insanlar kimi saxladılar və mən xoşbəxtəm", o deyib.

Onun sözlərinə görə, beləliklə şotlandlar öz işlərində qərar daha çox qərar vermək səlahiyyəti qazanacaqlar. Baş nazir əlavə edib ki, Birləşmiş Krallıq hökuməti şotlandiyalılara büdcə xərclərinin, sosial təminat və vergi sahəsində səlahiyyətlərin verilməsi haqqında öhdəliklərini yerinə yetirəcək: “Hökumət Şotlandiyada konstitusiya vədlərinə əməl edəcək. 2015-ci ildə keçiriləcək parlament seçkiləri buna sübut olacaq”.

Kameron Şotlandiya üçün özünüidarənin gələcək inkişafı layihəsi gələn ilin yanvar ayında yayımlanacağını qeyd edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər