27 Noyabr 2019 10:23
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün müdafiə naziri Hulusi Akar və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalınla görüşü haqda xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, İstanbulda baş tutan gizli görüşün noyabrın 24-də keçirildiyi iddia olunub.

Məlumata görə, Gülün dövlət rəsmiləri ilə görüşü onun yeni siyasi partiya quruculuğu ilə əlaqədar olub.

Sabiq prezidentin İstanbuldakı ofisinin yaxınlığındakı hərbi sahədə keçirilən görüşdə dövlət rəsmiləri ilə yeni partiyanın rəhbəri postuna Ərdoğana yaxın namizədinin irəli sürülməsi məsələsini müzakirə edildiyi bildirilib. Bu xahişin Ərdoğandan gəldiyi iddia edilib.

Mediada yayılan xəbərə münasibət bildirən Abdullah Gül isə bunu təkzib edərək, həqiqəti əks etdirmədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər