Londonda ABŞ Prezidenti Trampla Türkiyə Prezidenti Ərdoğanın görüşü olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının adının hallanmasını istəməyən rəsmisi deyib.
O, bildirib ki, belə bir görüş planlaşdırılmayıb.
Qeyd edək ki, dekabrın 3 və 4-də NATO-nun 70 illik yubileyi keçiriləcək. Bu məqsədlə NATO üzvü olan ölkələrin prezidentləri Londona toplaşacaq.
Diplomat əlavə edib ki, Prezident Ərdoğan bir neçə həftə əvvəl ABŞ-da səfərdə olub: “Prezident Tramp o zaman Ərdoğanla görüşüb müzakirələr aparıb. NATO zirvəsində ikili görüşməyə dair proqram yoxdur. Prezident Ərdoğandan bir çox NATO üzvlərinin S-400 komplekslərini aktiv etməməsi məsələsində qayğılarını dilə gətirəcəyi gözlənilir”.