5 Dekabr 2019 10:10
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terroru aradan qaldırmadan Suriyadan çıxmayacağıq. Suriyanın torpaqlarında gözümüz yoxdur, amma olanlar da, xahiş edirəm, oranı tərk etsinlər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Suriyadakı PYD/YPG/PKK terror təşkilatının hələ də Türkiyənin təhlükəsizliyini təhdid etdiyini bildirib:

“YPG, PYD, İŞİD və PKK sərhədlərimizi tank, top və raketlərlə vururlar. Bəs biz onların qabağında əlləri bağlı gözləməliyik? Bəli, biz Suriyadayıq və oranı terrorçulardan təmizləmədən çıxmayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu