5 Dekabr 2019 12:10
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə iki sevgilisini duelə çıxaran qadın tərflərdən birinin həlak olması ilə həbs edilib.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı Asta Yaskauskayn Litvada həbsdə olan 25 yaşlı Mantas Kvedarasla sosial şəbəkədə tanış olub.

Asta bundan sonra 42 yaşlı Sedruis Yaskauskasla olan evliliyinə son qoyub. Lakin keçmiş ər Astadan olan qızına maddi dəstək verməyə davam edib.

İki kişinin qadından əl çəkməməsindən sonra Asta onlar arasında duel keçirilməsini təklif edib. Duel İngiltərənin Stratford şəhərində baş tutub. Dueldə 35 bıçaq zərbəsi alan Sedruis Yaskauskas həyatını itirib.

Olaydan sonra məhkəmə cütlüyün həbsinə qərar verib.


Müəllif: Mənsur Rəğbətoğlu