5 Dekabr 2019 16:08
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Bolqarıstan arasında baş verən Türk Axını gərginliyində təzyiqlər yüksəlməyə davam edir. Rusiya Prezidenti Vladimir Putinin Bolqarıstanı Türk Axını boru kəmərinin çəkilməsinə mane olmaqda ittiham etməsindən sonra Kremldən kritik addım atılıb.

Teleqraf.com xəbər verir ki, Putin açıqlamasında Bolqarıstanı bu marşrutdan kənarda saxlaya biləcəklərini istisna etməyib.

Rusiya başçısının məlum açıqlamasından sonra Bolqarıstanın Moskvadakı səfirliyinin bir əməkdaşı “persona non qrata” (“arzuolunmaz şəxs”) elan edilib. Rus hökuməti bolqar diplomata ölkədən çıxması üçün 24 saat vaxt verib.

Rəsmi Sofiya oktyabr ayında ölkədə fəaliyyət göstərən bir rus diplomatını casusluq ittihamı ilə Bolqarıstandan deportasiya etmişdi. Bundan bir müddət sonra Moskvanın Bolqarıstana göndərmək istədiyi hərbi ateşşesinə viza verilməmiş və iki ölkə arasında gərginlik başlamışdı.

SSRİ dönəmindən bəri Moskvanın ən böyük müttəfiqlərindən biri olan Bolqarıstan NATO və Avropa İttifaqı üzvü olmasına baxmayaraq, Rusiya ilə yaxın münasibətlərini qoruyub saxlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu