5 Dekabr 2019 18:28
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedyev Rusiya televiziya kanallarının jurnalistləri ilə söhbət edərkən Sovet İttifaqını ideallaşdırmamağa çağırış edib.

Teleqraf.com xəbər verir ki, D.Medvedyev deyib:

“Müəyyən bir ideallaşdırma var. Mən də o illəri xatırlayıram, o illər mənim üçün vacib, maraqlı idi, oxuyurdum. Sovet İttifaqında çoxlu yaxşı şeylər var idi, bu tamamilə dəqiqdir, lakin Sovet İttifaqını ideallaşdırmağa ehtiyac yoxdur. Çox mürəkkəb bir dövlət idi. Bəzi gənclər deyirlər ki, özümüzü orada tapmaq istəyirik... Özümüzü harada tapaq? Mağazadakı boş rəflərdə? Yoxsa yenidən uzunboğaz çəkmə geyinməkdə? Bunu insanlar təsəvvür belə edə bilməzlər”.

Baş nazir qeyd edib ki, o dövrdə hətta Leninqrad kimi bir şəhərdə heç nə praktik deyildi:

“Müəyyən sosial təminatlar var idi, bu, doğrudur və çox vacibdir. Bunu unutmamalıyıq”.

Bununla belə D.Medvedyev bu təminatları da ideallaşdırmamağa çağırıb. Buna nümunə olaraq səhiyyə sistemini göstərib: “Bəli, SSRİ-də tibb pulsuz idi. Ancaq sual belədir: tibbi müayinələr? Məsələn, məktəbdə xatırlayıram. Bunlar çəki və boy ölçməkdən ibarət idi”.

O, qeyd edib ki, müasir gənclərin böyük əksəriyyəti Sovet İttifaqında sadəcə yaşaya bilməzdi.


Müəllif: Səxavət