20 Sentyabr 2014 10:35
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlaqə qrupunun iştirakçıları Minskdə təmas xəttinin və atəşkəsin saxlanılması, Ukraynada təhlükəsizlik barədə razılığa gəliblər.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə danışıqlar başa çatdıqdan sonra Ukraynanın sabiq prezidenti Leonid Kuçma bildirib. Şənbə gününə keçən gecə imzalanmış memorandum doqquz bənddən ibarətdir.

1. Silah tətbiqinin dayandırılması
2. sentyabrın 19-dan tərəflərin hərbi birləşmələrinin təmas xəttində dayandırılması
3. Bütün növ silahların tətbiqinə və hücum əməliyyatlarının aparılmasına qadağa qoyulması
4. Memorandumun qəbul olunduğu vaxtdan yaşayış məntəqələrindən 30 kilometr radiusda təhlükəsizlik zonasının yaradılması
5. Ağır silah və texnikanın yerləşdirilməsi üçün xüsusi yerlərin ayrılması
6. Minapartladıcı mühəndis qurğularının quraşdırılmasının qarşısının alınması və əvvəllər quraşdırılmış cihazların çıxardılması
7. Təhlükəsizlik zonasının üzərindən ATƏT-in təyyarələrindən savayı yerli və xarici uçuşların qadağan olunması
8. Atəşkəs elan edilmiş zonalarında ATƏT-in monitoring qrupunun ərazidə rahat müşahidələrinin aparılması
9. Hər iki tərəf bu ərazidən xarici muzdlu döyüşçülərin çıxartması

Tərəflər həmçinin hərbi əsirlərin dəyişdirilməsini davam etdirmək qərarına gəlib. Bununla yanaşı, döyüşçülər tərəfindən işğal olunmuş ərazilərin statusu danışıqlarda müzakirə olunmayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər