8 Dekabr 2019 01:28
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nijni Novqorod şəhərində ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, dörd avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Qəza zamanı səkidə bir qrup 9-cu sinif şagirdinin olduğu bildirilir. Onların qrup şəklində teatra getdiyi məlum olub. Avtomobillərdən biri piyadanın üstünə çıxıb, şagirdləri müşayiət edən qadın hadisə yerində keçinib.

Bütün yaralılar xəstəxanaya çatdırılıb.


Müəllif: Teleqraf.com