8 Dekabr 2019 14:50
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessada kollecdə baş verən yanğın nəticəsində dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb və bununla da həlak olanların sayı 10-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də səhər saatlarında dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir. Daha altı nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.

Ukrayna Prezidenti Vladimir Zelenski faciə ilə əlaqədar dekabrın 8-də ölkədə matəm elan edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Teleqraf.com