9 Dekabr 2019 15:04
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli keçmiş model Tuğçe Kazaz siyasi açıqlamaları ilə yenə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Tuğçe Kazaz İnstaqramda Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlu, eks-prezident Abdullah Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanın ünvanına bu sözləri yazıb.

O, Əli Babacanı satış mütəxəssisi, Əhməd Davudoğlunu strateji dərinlikdə itən eqoist bir xəyalpərəst, Abdullah Gülü isə passiv insan adlandırıb.

Qeyd edək ki, model son olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri olacağı ilə gündəmə gəlmişdi. Model sonra bu xəbəri yalanlamışdı.


Müəllif: Rəqsanə Həsənova