9 Dekabr 2019 20:42
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ABŞ-la yenidən danışıqlar masasına oturmaq məsələsində yaşıl işıq yandırıb.

Teleqraf.com xəbər verir ki, Ruhani Müəllimlər Universitetində çıxışında Birləşmiş Ştatlarla mümkün danışıqlara toxunub.

“Düşmən təzyiq göstərmək istəyir, İran isə buna qarşı dirənir. Əgər müzakirə düşmənin plan və sui-qəsd cəhdlərini uğursuzluğa düçar edəcəksə, bu, gərəkli, zəruri və inqilabi addım olar”, - deyə İran prezidenti vurğulayıb.

ABŞ ilə nüvə sazişinin İranın lehinə olduğunu söyləyən Ruhani razılaşmadan əvvəl gündə 1 milyon barel olan neft ixracatını bu anlaşma sayəsində 2 milyon 800 min barelə qədər artırdıqlarını söyləyib.


Müəllif: Nərgiz