10 Dekabr 2019 11:26
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Şimali Koreyanın raket təcrübələrini müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasını təcili toplantı keçirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, dekabr ayı üçün dönəm sədri olan ABŞ-ın tələbi əsasında Təhlükəsizlik Şurasışənbə günü toplaşaraq Pxenyanın raket təcrübələri ətrafında müzakirələr aparacaq.

Vaşinqton və Pxenyan arasında müzakirələrin dayanması və hər iki tərəfdən gərginliyi artıran açıqlamaların verilməsi fonunda Təhlükəsizlik Şurasının toplantısının çağırılması diqqəti çəkir.

ABŞ Prezidenti Donald Tramp özünün Tvitter hesabında qeyd edib ki, Kim Çin İn düşməncə davranarsa, itirəcəyi çox şeyiolacaq: ”Güman edirəm ki, o, ABŞ prezidenti ilə olan şəxsi əlaqələrini riskə atmaq istəməz”.

Trampın bu reaksiyasını Kim Çin İnin “sağ əli” sayılan Kim Yong şərh edib. O, ABŞ liderini “səbirsiz qoca” adlandırıb, əlavə edib ki, əgər Tramp belə qəribə açıqlamalarını davam etdirərsə, Kim Çin İn fikrini dəyişə bilər.


Müəllif: Cavad