İraq hərbiçiləri Diyalə vilayətində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına məxsus anbar aşkar ediblər.
Teleqraf.com-un ria.ru-a istinadən verdiyi xəbərə görə, bu barədə vilayətinin polis rəisi general Cəmil əl-Şamri məlumat verib. O bildirib ki, yaraqlılara qarşı aparılan əməliyyatlarda 18 döyüşçü məhv edilib.
Anbarda xeyli miqdarda partlayıcı maddə tapılıb ki, bunun da təhlükəsizlik qüvvələrinə və dinc əhaliyə qarşı istifadə ediləcəyi güman edilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.