14 Dekabr 2019 11:51
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Donald Tramp ABŞ-ı yenidən dünyanın bəlasına çevirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi deyib.

Vanq Tramp adminstrasiyasının bir sıra beynəlxalq müqavilələrdən çıxmasını sərt şəkildə tənqid edib:

“Vaşinqtonun beynəlxalq sazişlərdən geri çəkilməsi beynəlxalq ictimaiyyətə çox sayda problem yaratdı. Amerikanı dünyanın bəlasına çevirdi”.

Vanq ABŞ-ın Çinlə münasibətlərinə ciddi zərər verdiyini də diqqətə çatdırıb:

“ABŞ-la qarşıdurmaları və mübahisələri dialoq yolu ilə həll etməyə həvəs göstəririk. Lakin təktərəfli sanksiyalar və təzyiqləri heç vaxt qəbul etməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu