16 Dekabr 2019 11:15
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Senatının 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayları “soyqırım” kimi tanımasına cavab olaraq, biz də Amerika müstəmləkəsi dövründə hindularların soyqırımını tanıya bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı tarixdə “erməni soyqırımı” kimi bir hadisənin baş vermədiyini, bununla bağlı arxivdə faktların yer almadığını bildirib:

“1915-ci il hadisələri ilə əlaqədar bir milyondan çox sənəd açdıq. Gəlin, oxuyun. Biz əllərimizdəki sənədlər əsasında danışırıq. Parlamentimizin eyni qərarları ilə sizə cavab verə bilərik. Bunu da edəcəyik. Amerika haqqında danışarkən hindular haqqında susmaq mümkündürmü? Bu, ABŞ üçün utanc verici bir səhifədir”.


Müəllif: Mənsur Rəğbətoğlu