Atam ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra vəzifədən ayrıla bilərəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın qızı, prezidentin sözçüsü İvanka Tramp CBS kanalına deyib.
Prezident qızı qeyd edib ki, atası ikinci dəfə prezident seçiləcəyi təqdirdə Ağ Evdə vəzifə alıb-almayacağı mövzusunda qəti qərarı yoxdur: “Lazım gəlsə vəzifədən imtina edə bilərəm. Bu məsələdə qərarım övladlarımın durumundan asılıdır. Siyasət artıq məni az maraqlandırır. Övladlarımın xoşbəxtliyi hər şeydən öndədir. Hər zaman onlar mənim üçün birinci məsə olacaq”.
İvanka Tramp atası Donald Trampa qarşı başladılan impincment proseduruna da reaksiya verib: “Amerika əhalisinin 50 faizindən çoxu prezident fəaliyyətinin araşdırılmaması haqqında düşünür”.
Qeyd edək ki, İvanka Tramp 3 uşaq anasıdır. 2017-ci ildə atasına kömək məqsədilə Vaşinqtondan Nyu-Yorka köçüb və əri Kuşunerlə birlikdə Ağ Evdə çalışır.