Rusiyada Aİ-92 markalı benzinin birja qiyməti il ərzində 33%, Aİ-95 markalı benzinin qiyməti isə 30% bahalaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Aİ-92 markalı benzinin qiyməti son ticarət günündə bir ton üçün 52 938 rubl (təxminən 864 manat), Aİ-95 markalı benzinin qiyməti bir ton üçün 56 111 rubl (təxminən 930 manat) təşkil edib.