Rusiyanın "Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.
Teleqraf.com xəbər verir ki, sözügedən şirkət Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb.
Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.