28 Dekabr 12:33
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə qəzasının daha ciddi nəticələrinin qarşısını ala və çoxlu insan həyatını xilas edə bildik.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib.

“Qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çoxlu insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirildi. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırıldı.

Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzatdılar. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin, könüllülərimizin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər”, - dövlət başçısı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər