Rusiya Prezidenti Vladimir Putin Yaroslavl vilayətinin Rostov şəhərinin adının dəyişdirilməsi haqqında qanunu imzalayıb.
Teleqraf.com xəbər verir ki, müvafiq sənəd Rusiya hökumətinin rəsmi saytında yerləşdirilib.
İmzalanan qanuna əsasən, Rostov şəhərinin adı dəyişdirilərək Velikiy Rostov adlandırılıb.
Velikiy Rostov şəhərin qədim adıdır, 862-ci ilə aiddir. XII-XV əsrlərə aid salnamələrdə şəhər bu adla çəkilir.