28 Dekabr 10:47
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2024-cü il ərzində TƏBİB-ə müxtəlif media subyektlərindən 2342 sorğu daxil olub”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova jurnalistər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, sorğulardan 2277-si ( 97,2%) cavablandırılıb:

“Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. Ötən müddət ərzində göndərilən sorğuların 65-i TƏBİB-in səlahiyyətlərinə aid olmayıb”.

Zamirə Ədilova həmçinin qeyd edib ki, il ərzində Yeni Klinikaya, Lənkəran, Qəbələ rayon mərkəzi xəstəxanalarına, Sumqayıt Tibb Mərkəzinə mediatur təşkil edilib. 2025-ci ildə də bu fəaliyyətlər davam etdiriləcək.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər