28 Dekabr 15:25
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriya hökumətinin bölgədəki terror təşkilatları ilə bağlı açıqlamalarından sonra PKK/YPG terror təşkilatının liderləri ABŞ və Avropadan sonra Rusiyadan kömək istəyiblər.

Teleqraf.com xəbər verir ki, YPG lideri Mazlum Kobani (Fərhad Abdi Şahin) bu xahişlə Rusiyaya müraciət edib.

Baş terrorçu Rusiyanın yardım çağırışlarına cavab verməyəcəyi təqdirdə özlərini müdafiə edəcəklərini bildirib:

“Rusiyadan Türkiyə ilə aramızda vasitəçilik etməsini və bizi barışdırmasını istəyirik. Bu istəyimiz yerinə yetirilməsə, özümüzü müdafiə edəcəyik, 4 ildir özümüzü müdafiə etməyə hazırlaşırıq”.

Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan və Suriyanın yeni lideri Əhməd Əl-Şara bölgədə heç bir terror təşkilatının fəaliyyət göstərməməsi, eləcə də PKK/YPG-nin ləğvinin vacibliyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan da son açıqlamasında bu barədə xəbərdarlıq edib:

“Suriyanın və bölgəmizin gələcəyində İŞİD, PKK kimi terror strukturlarına yer yoxdur. Onlar ya özlərini ləğv edəcəklər, ya da ləğv olunacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər