İmişli rayonunda 2006-cı il təvəllüdlü Mahir yetkinlik yaşına çatmayan Gülnarəyə (adlar şərti verilib – red.) təcavüz edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mahir 2022-ci ilin oktyabrın ortalarında İmişli şəhərində kirayədə qaldığı mənzilin qonaq otağında on dörd yaşına çatmayan Gülnarə ilə onun öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.
26 oktyabr 2023-cü ildə saat 18 radələrində həmin mənzildə artıq on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Gülnarə ilə yenidən cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 152.1 (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 152.2-ci (eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə kənddə öz evlərində yaşayıb:
“Mən anadan olarkən atam anamdan ayrılıb. Məni anam böyüdüb. Hazırda bizdən ayrı, Ağdam rayonunda yaşayan atam anamdan ayrıldıqdan sonra evlənib. Onun başqa ailəsi və uşaqları var. 3 ildir ki, anamla kənddən köçərək İmişli şəhərində kirayə tutduğumuz evdə qalırıq.
Əvvələr İmişli şəhərində şadlıq evində günəmuzd ofisiant işləmişəm. 2 il əvvəl bizim şadlıq evindən 200-300 metr aralıda 2 mərtəbəli yaşayış binasında kirayədə qalmışıq. Orada Xanım adlı riyaziyyat müəllimi ilə qapı qonşusu olmuşuq. Binanın girişində 1-ci mərtəbədə qonşumuz yaşayıb. Xanım müəllimə evində şagirdlərə məşğələ keçir və şagirdlər riyaziyyat fənnindən məşgələ dəslərinə gəlib-gediblər. Məhəllədə olarkən gəlib-gedən şagirdləri mən də görmüşəm”.
“Məndən içməyə su istədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, dəqiq gününü xatırlamadığı vaxtda, 2022-ci ilin sentyabr-oktyabr ayı ərzində Gülnarə adlı qızı Xanım müəllimənin yanına kurs hazırlıqlarına gəlib-gedərkən görüb və tanıyıb:
“Bir gün məhəllədə Gülnarə yanımdan keçərkən üzümə baxaraq güldü. Mən də əsəbləşdim, ondan nə üçün güldüyünü soruşdum. İlk tanışlıq belə oldu.
Sonra Gülnarla bir qədər söhbət etdik. Tanış olarkən Gülnar mənə mobil telefonu olduğunu, “İnstagram” sosial şəbəkəsindən “Gülnarə” adlı profildən istifadə etdiyini söylədi, mobil nömrəmin olub-olmadığını soruşdu. Ona “İnstagram” sosial şəbəkəsində “Mahir-030” adıyla qeydiyyatdan keçdiyimi bildirdim.
Bir həftə Gülnarə ilə “İnstagram” sosial şəbəkəsində danışdıq. O, məhəllədə Xanım müəllimənin yanına hazırlığa gəlib-gedərkən də rastlaşaraq danışmışıq. Bir gün Gülnarə binanın blokunda mənimlə rastlaşdı. Məndən içməyə su istədi və otağa keçərək məni öpdü. Mən də onu öpdüm”.
“Anama xəbər verdilər”
Mahirin ifadəsinə görə, daha sonra aralarında heç nə olmayıb və Gülnarə gedib: “Bir neçə gün sonra Gülnarəyə 2 manata qızıl rəngdə barmağına taxmaq üçün üzük aldım, üzüyü ona vermək istədim. “İnstagram”da ona üzük aldığımı və hədiyyəni vermək istədiyimi dedim.
Gülnarə həmişə Xanım müəllimənin yanına hazırlığa 15-20 dəqiqə tez gəlirdi. Həmin günü mən evdəydim. Gülnarə qapını döydü, mən də qapını açdım. O, evə girdi, mən də üzüyü ona bağışladım.
Evdə olan taxta uzanıb öpüşdük, lakin aramızda öpüşməkdən başqa heç bir münasibət olmadı. İkinci dəfə Gülnarənin evimizə girməsini qonşular gördü və anama xəbər verdilər. Buna görə biz həmin evdən çıxdıq. İmişli şəhərinsə digər ünvanda kirayəçi kimi yaşadıq”.
“Dedi ki, cinsi əlaqədə olmaq istəyirəm”
Mahir qeyd edib ki, təxminən 2022-ci oktyabr ayında Gülnarə ilə hələ küsmədiyi vaxtda, “N” şadlıq sarayının yanında avtoyuma yerində işləyəndə onunla küçədə rastlaşıb: “Gülnarəyə “İnstagram” sosial şəbəkəsində salam yazdım, hal-əhval tutdum. Təxminən bir neçə gün sonra onun yaşadığı binaya gəldim.
Mən evimizə qayətdım, o da arxamca evimə gəldi. Saat 15-16 radələri olardı. Evimiz binanın birinci mərtəbəsindəydi, qapını açaraq içəri girdim, Gülnarə də arxamca gəldi. Oturaraq əvvəlcə divanda söhbət etdik və sonra öpüşdük. Gülnarə mənə dedi ki, səninlə cinsi əlaqədə olmaq istəyirəm. Mən isə Gülnarəyə qorxduğumu bildirdim. Əlinin içi ilə alnımdan vurdu və dedi ki, kim biləcək, qorxma.
Biz olduğumuz otaqda yerə xalça sərilmişdi. Əvvəlcə Gülnarə soyundu. Sonra mən də soyunaraq onunla qeyri-təbii yolla, sonra isə təbii yolla cinsi əlaqədə olduq. Təxminən 5-6 dəqiqə onunla cinsi əlaqədə olduq. Evdə olan salfetka ilə özümü təmizlədim. Gülnarə isə ayaqyoluna gedərək orada yuyundu. Gülnarə ilə olarkən bakirə deyildi. O mənə 15 yaşında olduğunu bildirdi, mən də inandım.
Həmin vaxt avtoyuma sexinə tələsirdim. Gülnarəylə evdən çıxdıq, mən işə getdim. Təxminən bir ay “İnstagram” sosial şəbəkəsində danışdıq, sonra münasibətlərimiz kəsildi. Münasibətlərimizin kəsilməsinə səbəb Gülnarənin yalan danışması və başqa oğlanlara söhbət etməsi oldu. Daha onunla görüşmədim”.
“Özü mənə təklif etdi”
Mahirin sözlərinə görə, 26 oktyabr 2023-cü ildə saat 18 radələrində kirayədə yaşadıqları yeni mənzilin balkonunda duran vaxt Gülnarənin “Voenkomat” tərəfdən gəldiyini görüb: “Mən balkonda telefonla danışırdım. Gülnarədən orada nə gəzdiyini soruşdum. Diş həkiminin yanından gəldiyini və zibilə düşdüyünü dedi. Avtomobillərin səsindən Gülnarənin dediklərini eşitmədim, ondan binanın girişinə gəlməsini istədim. O da hərlənərək arxa girişdən evin ikinci mərtəbəsinə, qapının qabağına gəldi. Mənə zibilə düşdüyünü və 20 manat pul istəyərək qaytaracağını bildirdi.
Gülnarəyə pul tapıb verəcəyimi vəd elədim. O, axşam pul dalınca gələcəyini dedi. Ona gəlməmişdən xəbər eləməyi tapşırdım.
Axşam mağazanın yanında olan vaxt Gülnarənin Nailə adlı rəfiqəsi ilə kursdan çıxıb gəldiyini gördüm. Onların arxasınca gəldim. Gülnarə Nailədən ayrıldı, mən qabağa düşdüm, o da dalımca gəlməyə başladı.
Evimizə qalxaraq əynimdəki paltarı dəyişdim. Gülnarənin gəlmədiyini görəndə həyətə düşdüm. O, həyətdə binanın yanında durmuşdu, birgə evə qalxdıq. Zalda divanda oturaraq söhbət etdik. Gülnarə məndən 20 manatı istədi, mən pulumun olmadığını dedim. Sonra qarşılıqlı öpüşdük.
Ehtiraslandıqdan sonra soyunduq, cinsi əlaqədə olduq. Gülnarə mənimlə cinsi əlaqədə olarkən boynumdan soraraq “zasos” qoydu. Mən də onun boynunu soraraq “zasos” qoydum. “Zasos”u qoymağı Gülnarə mənə təklif etdi”.
“Uşaqlarla çimdikləşdiklərimi dedim”
Mahir qeyd edib ki, Gülnarə ilə əvvəlcə 20-25 dəqiqə cinsi əlaqədə olsa da, cinsi aktını başa çatdıra bilməyib, bundan sonra Gülnarə ilə digər formada intim münasibətdə olub:
“Yenə də cinsi aktı başa çatdıra bilmədim. Gülnarə dedi ki, evə gecikirəm, getmək istəyirəm. Hava qaralırdı, onu dəmiryolu xəttinə kimi apararaq ötürdüm. Bundan sonra Gülnarəni görmədim.
Anam işdən gələndə boynumda “zasos”u gördü. Məndən boynuma nə olduğunu soruşdu. Uşaqlarla zarafatlaşarkən çimdikləşdiklərimi dedim. Anam mənə inanmadı və təkid etdi. Ona heç nə demədim.
Həmin gün məhəllədə İlqar adlı oğlan Gülnarə ilə evə girərkən bizi görmüşdü. Anam İlqardan boynuma nə olduğunu soruşdu. O da mənim Gülnarə ilə görüşdüyümü dedi.
Anam Gülnarənin oxuduğu orta məktəbə getdi. Gülnarənin mənimlə sevgili olduğunu nənəsinə və müəllimələrə bildirdi”.
“Utandığım üçün məktəbə getmirəm”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarənin sözlərinə görə, İmişli şəhərində nənəsi, atası və qardaşı ilə bir yerdə yaşayır: “Anam bizdən ayrı qalır, atam isə mənimlə evdə yola getmir. Atamla yaxın ünsiyyətdə olmuram.
Orta məktəbdə oxusam da, məktəbdə adıma söz danışılandan sonra utandığım üçün məktəbə getmirəm. 7-ci sinifdə oxuyarkən Riyaziyyat və İngilis dili fənlərindən hazırlığa getməyə başlamışam.
2022-ci ilin sentyabrında Xanım adlı riyaziyyat müəlliməsinin yanına gedərkən müəllimə ilə qonşuluqda yaşayan Mahir adlı oğlanla rastlaşdım. O mənə yaxınlaşaraq adını dedi, tanış olduq. Məni evimizə kimi gətirərək ötürdü. Sonradan Mahir “İnstagram” sosial şəbəkəsi vasitə ilə mənə yazdı”.
“Bakirəliyim pozuldu”
Gülnarə qeyd edib ki, 2022-ci ilin oktyabrında Xanım müəllimənin evinə gedərkən yolda Mahirlə rastlaşıb:
“Müəlliməgildən çıxanda Mahir məni evlərinə dəvət etdi. Onunla divanda oturduq, sonra yataq otağına keçdik, taxta uzandıq. Mahir mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən buna etiraz edərək evdən getdim. Mahirgil başaq evə köçdülər.
Hazırlığa gedəndə Mahir məni mağazanın yanında gördü və evlərinə apardı. Yataq otğaında məni soyundurdu, xalçanın üstündə mənimlə cinsi əlaqədə oldu. Ona heç bir etiraz etmədim. Çünki Mahiri sevmişdim və onunla özüm də olmaq istəmişdim. Həmin vaxt mən bakirə olmuşam. Bu əlaqədə sonra bakirəliyim pozuldu”.
“Zibilə düşdüyümü bildirdim”
Gülnarənin bildirdiyinə görə, Mahirlə ilk dəfə olandan sonra “İnstagram” sosial şəbəkəsində bir aya yaxın danışıb: “Elçini sevdiyimi bildirdiyimə görə Mahir məndən küsdü. Uzun müddət küsülü qaldıq.
26 oktyabr 2023-cü ildə saat 13 radələrində İmişli şəhər Dəmiryol xəstəxanasının qarşısında Zamiq adlı şəxsin diş həkimi işləyən arvadına dişlərimə breket taxdırmaq üçün gedib-qayıdarkən binanın ikinci mərtəsində eyvandan Mahirin küçəyə baxdığını gördüm. O mənə sözü olduğunu dedi, həyətə gəlməyimi istədi. Girişdə görüşdük. Mahir mənə barışmağı təklif etdi.
Mən də ona zibilə düşdüyümü bildirdim və 20 manat istədim. Mən nisyə paltar almışdım, pulunu verə bilməmişdim.
Oktyabrın 26-da saat 17:30-da poçtun yanında yerləşən kurs mərkəzindən məşğələdən çıxarkən sinif yoldaşım Nailə də yanımdaydı. Mahir bizi görərək arxamızca gəldi. Mən Nailədən ayrıldım, Mahirin yanına gəldim. Mahir mənin ikinci mərtəbədə yerləşən kirayə qaldıqları evə apardı. Orada divanda oturub öpüşdük. Sonra soyunduq və cinsi əlaqədə olduq”.
Bu cinayət işinə İmişli Rayon Məhkəməsində baxılıb. Mahir 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkili barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, onun cəzasının şərti hesab edilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.