Şimali Koreya ABŞ-la danışıqlar müddətində təxirə saldığı nüvə və uzaq mənzilli raketlərin sınaqlarını bərpa edəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çün İnn deyib.
İnn bildirib ki, qısa müddətdə yeni strateji silah təqdim olunacaq.
O, danışıqların qapısını açıq saxlayıb və nüvə məsələsini ABŞ-ın addımlarına bağlı olduğunu qeyd edib.