2 Yanvar 2020 19:04
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İraqdakı səfirliyinin binası qarşısında başlayan etiraz aksiyaları dayandırılıb.

Teleqraf.com xəbər verir ki, İraq ordusu etirazçıların səfirliyin qarşısından geri çəkildiyini, qurulan çadırların götürüldüyünü və bölgədə təhlükəsizliyin təmin edildiyini açıqlayıb.

Etirazlar zamanı səfirliyin binasının divarlarını dağıtmağa cəhdlər edilib, kameralar qırılıb və təhlükəsizlik məntəqəsi yandırılıb.

Dekabrın 31-də etirazların başlamasından sonra ABŞ bölgəyə hərbi qüvvə göndərmək qərarı vermiş, Prezident Donald Teramp baş verənlərə görə İranı ittiham etmişdi.

Tramp bildirmişdi ki, itki və zərər olacağı halda, bunun məsuliyyətini İran daşıyacaq: “Bu xəbərdarlıq deyil, təhdiddir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər